Gender Resurs Mərkəzi 2020-ci ildə yaradılmış kuir-feminist platformadır. Mərkəz Azərbaycanda müxtəlif gender kimlikli və cinsi orientasiyalı şəxslər üçün təhülkəsiz məkan və resurs çatışmazlığı probleminə cavab olaraq  təsis edilib.Mərkəz resurs və gücün paylaşılmasını və həmrəyliyi mərkəzləşdirən təşəbbüsdür. Mövcud zorakılıq mədəniyyətini və patriarxizmi çökdürmək üçün güc dinamikasını dəyişməyi əsas dəyər kimi görür. Bunun üçün əlçatanlıq və şəffaflığın təmin olunması, ətraf-mühitə həssaslıq, zorakılıq və ayrıseçkililiyə sıfır tolerantlıqmərkəzin fəaliyyətinin ilkin dayaq mənbəyidir.

Gender Resurs Mərkəzi bir neçə istiqamətdə fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti onun dəyərlərinə və məqsədlərinə əsaslanan davamlı xidmətlər, resurs-yaratma və onlara əlçatanlıqla əhatələnir. Bu fəaliyyətlərə daxildir:

1.Sosial, psixoloji və hüquqi xidmətlərin, konsultasiyaların aparılması

2.Bacarıqların artırılması və səlahiyyətləndirmə

3.Araşdırmaların aparılması və siyasət üçün resursların yaradılması

4.İncəsənət vasitəsi ilə icma-quruculuğu və mobilizasiya

Geri Bildirim Gönder